Yaxın günlərdə Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun yeni kitabı çıxacaq. Yaxın günlərdə Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun yeni kitabı çıxacaq.

Zəlimxan Yaqubun yeni kitabı çıxacaq – Səhhəti normaldır

Yaxın günlərdə Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun yeni kitabı çıxacaq.

Bu barədə AzNews.az-a şairin ailəsindən məlumat verilib. Onların bildirdiyinə görə, Z.Yaqub heç zaman yaradıcılığına ara verməyib: "Bu gün də müalicə ala-ala yeni kitablar yazır".

Ailə üzvlərinin bildirdiyinə görə, hazırda şairin səhhəti normaldır: "Zəlimxan müəllim çox yaxşıdır. Ev şəraitində müalicəsi davam edir. Yaxın vaxtlarda işə çıxacaq".

Qeyd edək ki, Z.Yaqub uzun illərdir ki, böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.

Bahar RÜSTƏMLİ
AzNews.az