İrəvan Dövlət Azərbaycan Dram Teatrı Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanan tamaşanın premyerasına hazırlaşır. İrəvan Dövlət Azərbaycan Dram Teatrı Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanan tamaşanın premyerasına hazırlaşır.

“İrəvanda xal qalmadı” - Premyera

İrəvan Dövlət Azərbaycan Dram Teatrı Hidayətin “İrəvanda xal qalmadı” əsəri əsasında hazırlanan tamaşanın premyerasına hazırlaşır.



Bu barədə AzNews.az-a teatrın direktoru İftixar Piriyev məlumat verib. Yanvarın 26-da Akademik Milli Dram Teatrında təqdim olunacaq tamaşanın rejissoru Nicat Qəribdir. Direktor qeyd edib ki, yanvarın 18-də 20 Yanvar hadisəsi ilə əlaqədar Müəllimləri Təkmilləşdirmə İnstitutunda tamaşa oynanılacaq: "Köhnə ilin borcunu yekunlaşdırmışıq. Artıq yeni tamaşaların hazırlığına başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi bu il bizə iki əsəri hazırlamağı həvalə edib".

İ.Piriyev nazirliyin sifarişi əsasında hazırlanan tamaşaların adlarını da açıqlayıb. Bunlardan biri A.Çexovun "Ayı", ikincisi isə N.Hikmətin "bayramın ilk günü"dür.

Bahar
AzNews.az