Bu günlərdə televiziya verilişlərinin birində qonaq olan şair Aqşin Yenisey əsərləri teatrların repertuarını bəzəyən tanınmış dramaturq Elçin Əfəndiyev və Hüseynbala Mirələmovun ünvanına ağır ittihamlar səsləndirib. Bu günlərdə televiziya verilişlərinin birində qonaq olan şair Aqşin Yenisey əsərləri teatrların repertuarını bəzəyən tanınmış dramaturq Elçin Əfəndiyev və Hüseynbala Mirələmovun ünvanına ağır ittihamlar səsləndirib.

Aqşin məmur yazıçılara qarşı - “Onların teatra total nəzarəti...”

Bu günlərdə televiziya verilişlərinin birində qonaq olan şair Aqşin Yenisey əsərləri teatrların repertuarını bəzəyən tanınmış dramaturq Elçin Əfəndiyev və Hüseynbala Mirələmovun ünvanına ağır ittihamlar səsləndirib.

O, bildirib ki, bu gün teatrlarda məmur yazıçıların monopoliyası hökm sürur. Şair məmur yazıçıların əsərlərinin uğursuz olduğunu deyib: "3-4 il bundan əvvəl təsadüfən Hüseynbala Mirələmovun tamaşalarından birinə baxmışdım. Deyəsən, "Gəlinlik paltarı" tamaşası idi. Heç də uğurlu əsər deyildi".

Akademik Milli Dram Teatrın aktyoru, Əməkdar artist Füzuli Hüseynov isə şairin ittihamlarının əsassız olduğunu deyib. AzNews.az-a danışan aktyor zəif əsərin teatrda uzun müddət yaşaya bilmədiyini deyib: "Mən Aqşin Yenisey kimi düşünmürəm. Teatrda heç vaxt zəif əsər yaşaya bilməyib".

F.Hüseynov dramaturqları ittiham edən şairi fakt qarşısında qoyub: "Aqşin bəy də pyes yazıb müraciət etsə şəxsən mən sevinərdim".

Şair Aqşin Yeniseyin aktyora cavabı isə gecikməyib. Aktyor AzNews.az-a açıqlamasında ittihamlarını belə əsaslandırıb: "İndi mən yalnız Füzuli bəy sevinəcək deyə pyes yazım? Söhbət mənim yazıb-yazmamağımda deyil. Teatrların qapısı bu gün istedadı olan gənclərə nə qədər açıqdır? Gəncliyi düşündürən mövzulara Azərbaycan teatr səhnələrində yer varmı? Bu günkü teatrlar yazılan pyeslərə qonorar vermək iqtidarındadırlarmı? Teatrı məmur-dramaturqların total nəzarətindən çıxarmaq üçün aktyor-rejissor həmrəyliyi mövcuddurmu? Bu suallara cavab vermək lazımdır".

Xatırladaq ki, Akademik Milli Dram Teatrının repertuarında Elçin Əfəndiyevin "Sənətkarın taleyi", "Şekspir", "Qatil" , Hüseynbala Mirələmovun "Xəcalət", "Gəncə qapıları" tamaşaları yer alıb.

Bahar RÜSTƏMLİ
AzNews.az