Qanunsuz saxlanılan silah-sursat aşkar edilib. Qanunsuz saxlanılan silah-sursat aşkar edilib.

Bakıda zibil qutusundan görün nələr çıxdı: “F-1” qumbarası, “Makarov”, “Naqan” və...

Qanunsuz saxlanılan silah-sursat aşkar edilib.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, noyabrın 16-da paytaxtın Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki məişət tullantıları atılan qutuların birindən 2 ədəd “F-1” qumbarası, 2 ədəd nömrəsi silinmiş “Makarov” markalı və “Naqan” tipli tapançalar, 2 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.

Məsələ ilə bağlı araşdırma aparılır.

Bahar RÜSTƏMLİ
AzNews.az