Kriminal statistika: bir gündə 119 cinayət...

Bu cinayətlərdən 17-si “isti izlər”lə açılıb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, noyabr ayının 19-dan 20-dək Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınıb.

-Əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub.

- Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az