Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Arvadını bıçaqlayan alimə iş kəsildi

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Qədirov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə hökm çıxararkən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışığını nəzərə alıb.

İttihama görə, A.Qədirov münaqişə zəminində həyat yoldaşı Aidə Qədirovanı boynundan bıçaqlayıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

Xatırladaq ki, A.Qədirov Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib və fizika-riyaziyyat elmləri namizədidir, dosentdir.

O, AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.(oxu.az)

© AzNews.az