Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb

Avtomobildə pirotexniki vasitələr aşkarlanıb

Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan qayıdan, Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz" markalı avtomobil saxlanılıb.

Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobilin arxa söykənəcəyin arxasında üzərində "Picolla Corsar" yazısı olan 1300 qutu pirotexniki vasitələr aşkarlanıb.

Nigar CƏFƏR

AzNews.az

image description