O, açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib. O, açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

Gəncədə həmyerlisini güllələyən şəxs tutuldu

O, açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

Gəncə şəhərində həmyerlisini güllələyən şəxs tutulub.

DİN-dən verilən məlumata görə, noyabrın 30-da saat 1 radələrində Gəncə şəhəri ərazisində şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov saxlanılıb. Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

AzNews.az