Qadın xəstəxanaya çatdırılsa da artıq gec olub... Qadın xəstəxanaya çatdırılsa da artıq gec olub...

Avtobusla qadını vurub öldürən sürücü istintaqa cəlb olundu

Qadın xəstəxanaya çatdırılsa da artıq gec olub...

Sabunçu rayonu, Ramana qəsəbəsində avtobus ölümlə nəticələnən qəza törədib.

AzNews.az-ın məlumatına görə, Maştağa qəsəbəsində Əhəd Məmmədovun idarə etdiyi “İsuzu” markalı avtobus yolu keçmək istəyən Valentina Mişinkanı vurub.

Yaralı qadın 3 saylı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb və hadisəni törədən sürücü şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Azər
AzNews.az