Qonşular ev əşyalarının satıldığını görəndə... Qonşular ev əşyalarının satıldığını görəndə...

Kirayə qaldığı evin əşyalarını satan ər-arvada hökm oxundu

Qonşular ev əşyalarının satıldığını görəndə...

Oğurluqda təqsirləndirilən Qadir Tağıyevin və onun həyat yoldaşı Sevgül Əmirxanovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

AzNews.az-ın məlunatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Q.Tağıyev 10 il müddətinə azadlıqdan məhrum edilib. Barəsində polis nəzarəti qətimkan tədbiri seçilmiş S.Əmirxanovaya isə şərti cəza verilib.

İttiham aktına əsasən, Q.Tağıyev və onun həyat yoldaşı S.Əmirxanova Bakıda kirayə qaldığı Nailə Məmmədovaya məxsus mənzilin mebelini satıblar. Onlar müştəriyə mebeli və mənzilin özlərinə məxsus olduğunu iddia ediblər. Qonşular ev əşyalarının satıldığını görəndə, N.Məmmədovaya xəbər veriblər. Qadının şikayəti əsasında Q.Tağıyev həbs edilib, S.Əmirxanova barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Araşdırma zamanı o da məlum olub ki, Q.Tağıyev başqa şəxsdən hədə-qorxu ilə pul tələb edib.

Azər
AzNews.az