Verilmiş cəza heç kimi razı salmayıb Verilmiş cəza heç kimi razı salmayıb

Hakim oğlunu öldürən həkim oğlu yenidən məhkəmə qarşısında - Səbəb

Verilmiş cəza heç kimi razı salmayıb

Hakim oğlunun ölümündə təqsirli bilinərək azadlıqdan məhrum edilən həkim oğlu cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

AzNews.az-ın məlumatına görə, cinayət məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum olunan Kərimov Rəhim Yüzasif oğlunun məhkəmə prosesi yanvar ayının 23-də hakim Əli Seyfəliyevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, 2017-ci ilin fevral ayında Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib. Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Belə ki, dövlət ittihamçısı R.Kərimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Bu cəza həm müdafiə tərəfini, həm zərərçəkmiş tərəfi, həm də ittihamçını razı salmayıb. R.Kərimovun vəkili və mərhum R.Allahverdiyevin hüquqi varisi hökmdən apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə 2016-cı ilin may ayının 11-də saat 03:00 radələrində Nəsimi rayonunun Bülbül prospektində baş verib. Bakı şəhər sakini R.Kərimov idarə etdiyi “Mercedes” markalı avtomobil piyada R.Allahverdiyevi vurub. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Allahverdiyev mayın 12-də orada dünyasını dəyişib.

Hadisədən sonra R.Kərimov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 267.1-ci (sərnişin, piyada və ya yol hərəkətinin digər iştirakçıları (bu Məcəllənin 263-264 maddələrində nəzərdə tutulmuş şəxslər istisna olmaqla) tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu olan 19 yaşlı R.Allahverdiyev Azərbaycan Diplomatik Akademiyasının (ADA) 3-cü kurs tələbəsi olub. Hadisəni törədən şəxs R.Kərimovun atası Yüzasif Kərimov Respublika Kliniki Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Azər
AzNews.az

image description image description