Yaralı şagirdlər xəstəxanaya aparılıb Yaralı şagirdlər xəstəxanaya aparılıb

Məktəbə bıçaqlı hücum – 20 ibtidai sinif şagirdi...

Yaralı şagirdlər xəstəxanaya aparılıb

Çinin paytaxtı Pekində bıçaqlı şəxs məktəbə girərək 20 ibtidai sinif şagirdini yaralayıb.

AzNews.az xəbər verir ki, bu haqda informasiyanı “China Daily” qəzeti yayıb.

Mənbə bildirir ki, Pekinin Şiçınq bölgəsində yerləşən Şüenvu məktəbində baş verən bıçaqlı hücumda 3-ü ağır olmaqla 20 şagird yaralanıb.

Yaralı şagirdlər xəstəxanaya aparılıb. Səlahiyyətli şəxslər hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Polisin şübhəlini tutduğu qeyd edilib.

Hücum edən şəxsin kimliyi isə müəyyənləşdirilməyib.

Pərvanə Ağazadə

AzNews.az