İstanbulda silahlı atışma - Yaralılar var

Səbəbkarlar qaçaraq uzaqlaşıblar.

İstanbul şəhərinin Şişli bölgəsində iki qrup arasında çıxan davada iki nəfər silahla ayağından yaralanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kuştepe məhəlləsindəki parkda saat 13:30-da baş verib.

İddiaya görə iki qrup parkda mübahisə etməyə başlayıb. Mübahisənin böyüyərək davaya çevrilməsindən sonra iki nəfər ayağından silahla vurulub.

Səbəbkarlar isə qaçaraq uzaqlaşıblar. Xəbər veriləndən sonra hadisə yerinə təcili yardım və polis cəlb olunub.

Yaralı iki kişi təcili yardımla xəstəxanaya aparılıb.

Polislər ətrafda araşdırma aparıblar. Qaçanları tutmaq üçün işə başlayıblar.

Pərvanə Ağazadə

AzNews.az