Üstünə gəlinlik örtülən tabutu qadınlar daşıyıb. Üstünə gəlinlik örtülən tabutu qadınlar daşıyıb.

Ukraynada vəhşicəsinə öldürülən Türk tələbə dəfn edildi - Hatayda

Üstünə gəlinlik örtülən tabutu qadınlar daşıyıb.

Ukraynanın Xarkov şəhərində rəfiqəsi Zeynep Hüsünbeyi ilə birlikdə öldürülən universitet tələbəsi Buket Yıldızın cənazəsi Hatay şəhərində torpağa verilib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ukraynada Hüsnü Can tərəfindən öldürülən tibb fakültəsinin iki tələbəsindən biri Buket Yıldız dünən axşam Hayat şəhərinin Samandağ kəndinə gətirildi.

20 yaşlı Buket Yıldızın cənazəsi xəstəxana morqundan alınaraq məzarlığa gətirildi.

Üstünə gəlinlik örtülən tabutu qadınlar daşıyıb.

Qəbiristanlığa gətirilən Buket Yıldızın cənazəsi qılınan namazdan sonra torpağa verilib. Onu sevənlər məzarına qərənfillər qoyub.

Buket Yıldızın atası Hikmət Levent Yıldızın qadın cinayətlərinin dayandırılmasını istəyib:

"Ağrılı bir ata kimi danışıram. Görürük ki, qadın cinayətləri getdikcə çoxalır. Əslində keçmişdə də vardı, amma bu qədər danışılmırdı. Qadınların ayaqlarının altına cənnət verildiyi halda, o cənnəti almağa çalışırıq. İnşallah bunlara son qoyular, azalar, bu canilərə də ən böyük cəzalar verilər. Şübhəli həbs olunub, amma bir çox yalan dolu ifadələr işlədir. Tibbi ekspertiza aparılsa, onun həqiqətən canı olduğunu görəcəklər. Dediklərinin demək olar ki heç biri doğru çıxmayacaq".

Nigar CƏFƏR

AzNews.az

image description image description