Keçirilən əməliyyat tədbirləri nəticəsində... Keçirilən əməliyyat tədbirləri nəticəsində...

Sabirabad və Kürdəmirdə qanunsuz silahlar aşkar edilib

Keçirilən əməliyyat tədbirləri nəticəsində...

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

AzNews.az-ın məlumatına görə, daxil olmuş məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Qarağac kənd sakini Rəşid Mexparadzedən müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng götürülmüşdür.

Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qarasu kənd sakinləri Eldar Rəhimovdan “İJ-12”, Rüstəm Rəhimovdan isə “İJ-43” markalı ov tüfənglərii götürülmüşdür.

Faktlarla bağlı araşdırmalar aparılır.

AzNews.az