Protokol tərtib edib, ölkədən çıxardılar Protokol tərtib edib, ölkədən çıxardılar

Qanunsuz dini yığıncaq təskil edən 9 Rusiya vətəndaşı saxlanıldı - Bakıda

Protokol tərtib edib, ölkədən çıxardılar

Qanunsuz təşkil olunan dini yığıncağın iştirakçıları saxlanılıb.

DİN Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi, Binəqədi RPİ 4-cü Polis Şöbəsi, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları yanvarın 10-da Binəqədi rayonu ərazisindəki evlərin birində əməliyyat tədbiri keçiriblər.

Nəticədə Rusiya Federasiyasının vətəndaşları olan 9 nəfərin həmin ünvanda qanunsuz dini yığıncaq təşkil etmələri müəyyən edilmişdir.

Evə baxış zamanı 5 ədəd dini təyinatlı ədəbiyyat (xristianlığı təbliğ edən kitab), 113 ədəd CD disk və 28000 ədəd vizit kart aşkar edilərək götürülmüşdür.

Onlar barəsində Azərbaycan Respubublikası İnzibati Xətalar Məcəlləsinin 515-ci (Dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulması) maddəsi ilə protokol tərtib edilmiş və həmin şəxslər ölkə hüdudlarından kənara çıxarılmışlar.

Araşdırmalar aparılır.

AzNews.az