Anket məlumatları dəqiqləşdirilib və... Anket məlumatları dəqiqləşdirilib və...

Təqsirləndirilən şəxs məhkəmə zalında həbs olundu

Anket məlumatları dəqiqləşdirilib və...

Ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Şixiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

AzNews.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Porkuror vəsatət qaldıraraq təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalında həbs olunmasını istəyib. Vəsatət təmin edilib. A.Şixiyev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin yayında Bakının Nəsimi rayonu, Alı Mustafayev küçəsi 12-nin qarşısında baş verib. Belə ki, A.Şixiyevin idarə etdiyi “Kia” markalı avtomobil Vəliyev Kənan Salman oğlunun sürdüyü “Mersedes”i vurub. Nəticədə “Mersedes”də olan 3 nəfər ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılıb. Avqust ayının 12-də isə xəsarət alanlardan 1972-ci il təvəllüdlü Cəbiyev Hamlet Rəfael oğlu xəstəxanada vəfat edib.

Baş vermiş qəza hadisəsi ilə bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb və sürücü A.Şixiyev istintaqa cəlb olunub. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Azər
AzNews.az