Məsələnin təfərrüatını bilmirik Məsələnin təfərrüatını bilmirik

Öldürülən gəncin dayısı: Qətlə yetirəni tanıyırıq - VİDEO

Məsələnin təfərrüatını bilmirik

16 yanvar saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında bıçaqlanma hadisəsi baş verib.

Xaçmaz rayonunu Müşkür kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirilməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Mərhumun ailəsi isə hadisədən səhər saatlarında xəbər tutub.

Mərhumun dayısı: “Polis şöbəsinə məlumat verilib ki, meyit morqdadır. Dərhal gedib baxdıq ki, həqiqətən də bacım oğludur. Qətlə yetirəni tanıyırıq, qonşu kənddəndir. Lakin aralarında münaqişə olmayıb. Məsələnin təfərrüatını bilmirik. Polislər araşdırırlar”.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Mürşüdoba kənd sakini Nazim Həsənov saxlanılıb.

27 yaşlı mərhum Tamerlan Həmidov isə ailəli olub, 3 övladı var.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq davam etdirilir. (ARB TV)

AzNews.az

image description image description image description