Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutuldu - FOTO

Ümumi dəyəri 500 manat olan tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar.

Zaqatalada oğruluqla məşğul olan dəstə üzvləri tutulub.

Rayonun Çökək kənd sakini, Ramin Nüsrəddin oğlu Cavadov mağazasından oğruluq olunması ilə bağlı Zaqatala rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.

Zaqatala RPŞ tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğruluqda şübhəli bilinən Zaqatala şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əşrəf Rasim oğlu Hacızadə, Sədullah Ayda oğlu Aydayev və Natiq Vidadi oğlu Aydəmirov saxlanılaraq, istintaqa təhvil veriliblər.

İlkin istintaq zamanı məlum olub ki, onlar əvvəlcədən əlbir olaraq, kənd sakininə məxsus mağazadan 100 manat nağd pul, ümumi dəyəri 500 manat olan tütün məmulatları və ərzaq məhsulları oğurlayıblar.

Onların barəsində həbs qəti imkan tədbiri seçilib, hazırda istintaq aparılır. (report)

AzNews.az

image description