Sərxoş halda qadına sataşdı və... - Ürəyindən bıçaqlandı

Cinayət hadisəsi Gədəbəy rayonunda baş verib

Gəncə Ağır Cinayətlər Məhkəməsində namusunu qoruduğuna görə həbs edilən qadının məhkəməsi başlayır.

AzNews.az-ın məlumatına görə, Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən İbrahimova Ulduz Firdovsi qızının məhkəmə prosesinin hazırlıq iclası yanvar ayının 28-də hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək.

Məlum bıçaqllanma hadisəsi ötən ilin may ayında Gədəbəy rayonunda qeydə alınıb. Rayonun Qumlu kənd sakini, 1981-ci il təvəllüdlü Əsgərov Rövşən Malik oğlu kafedə yeyib-içdikdən sonra sərxoş vəziyyətdə orada işləyən Ulduz İbrahimova sataşıb. Bu zaman qadın sərxoş kişiyə xəbərdarlıq etsə də xeyri olmayıb. Nəticədə U.İbrahimova mizin üzərində olan bıçaqla Rövşənin döş qəfəsinə zərbə endirib. Yaralı xəstəxanaya aparılıb və əməliyyat olunub.

Qeyd edək ki, R.Əsgərov qəsdən sağlamlığa xəsarət yetirdiyinə görə əvvəllər məhkumluq həyatı yaşayıb.

Azər
AzNews.az