İttiham üzrə Bayram Əliyev özünü təqsirli bilib. İttiham üzrə Bayram Əliyev özünü təqsirli bilib.

Şirkətin 57 min manatını mənimsəyən şəxs azadlığa buraxıldı - məhkəmə zalından

İttiham üzrə Bayram Əliyev özünü təqsirli bilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Bayram Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və B.Əliyev məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, "Vedişiraz" MMC-nin məsul şəxsi B.Əliyev şirkətin 56 900 manat pulunu mənimsəyib.

Belə ki, o, şirkətin Keşlə qəsəbəsində yerləşən anbarında olan mərmər daşlarını satıb, lakin pulu MMC rəhbərliyinə verməyib.

Elan olunmuş ittihamla özünü təqsirli bilən B.Əliyev söyləyib ki, məbləğ qeyd edilən qədər deyil. O, deyib ki, MMC-yə 14 min 800 manat borcu qalıb.

"Qalan məbləği də şirkət rəhbərinin evində iş görüb, həll etmişəm. Rusiyadan mərmər daşları gətirmişdik. Satıb pulunu da Əliheydər müəllimə vermişəm. Səhvim isə odur ki, pulu rəhbərliyə verəndə qəbzlər almamışam. Əliheydər müəllimə 69 min manat pul ödəmişəm. Artıq məsələ aramızda həll olunub" - deyə təqsirləndirilən şəxs əlavə edib.

"Vedişiraz" MMC-nin rəhbəri Əliheydər Heydərli şahid qismində dindirilən zaman B.Əliyevi bağışladığını deyib.

Qeyd edək ki, B.Əliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb. (Musavat.com)

image description