Onlar adam döyməkdə təqsirli bilinirlər Onlar adam döyməkdə təqsirli bilinirlər

Xuliqanlıq edən 3 nəfər saxlanıldı

Onlar adam döyməkdə təqsirli bilinirlər

Sabunçu polisi xuliqanlıq edən 3 nəfəri saxlayıb.

DİN-dən AzNews.az-a verilən məlumata görə, yanvarın 25-də saat 23:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 3 nəfərin Bakı şəhər sakini Z.Seyidovu döyməsi barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Təxirəsalınmaz tədbirlərlə xuliqanlığı törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Əsgərov, B.Əhmədov və Ə.Səfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışlar.

Araşdırma aparılır.

AzNews.az