Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb. Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin üstü açılıb - DİN

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 30 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 23 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş beş yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb, səkkiz nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 17 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.

AzNews.az