- Qanundan kənarda
- 16 Mart 2019 18:10
- 2 622
Keçmiş məhkumdan heroin və marixuana götürülüb

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəquliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan heroin aşkarlanıb.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq heroin və tiryək, həmçinin bir kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az