Rəhimov Qalib Boris oğlu şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib. Rəhimov Qalib Boris oğlu şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib.

Polis Bakıda əməliyyat keçirdi - Heroin alverçisi yaxalandı

Rəhimov Qalib Boris oğlu şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib.

Bakıda heroin alverçisi yaxalanıb.

Hadisə paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşları daxil olan məlumat əsasında rayonun Yeni Suraxanı qəsəbəsi, Çaparidze küçəsində əməliyyat keçirib.

Əməliyyat zamanı Çaparidze küçəsi 13 ünvanında yaşayan, 1972-ci il təvəllüdlü Rəhimov Qalib Boris oğlu şübhəli şəxs qismində saxlanılaraq polis bölməsinə gətirilib. Həmin şəxsin üzərinə baxış keçirilərkən onun gödəkçəsinin cibindən 150,018 qram narkotik maddə hesab edilən heroin aşkar edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az