Məşhur müğənninin oğlu bıçaqlandı

Gencebayın sağlıq durumunun yaxşı olduğu və həyatı təhlükəsinin olmadığı bildirilib

Türk müğənnisi Orhan Gencebayın oğlu Gökhan Gencebay İstanbulun Beşiktaş səmtində tıxacda yol vermə məsələsindən çıxan dava sırasında taksi sürücüsü tərəfindən bıcaqlanaraq yaralanıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə axşam saatlarında Gayrettepe məhəlləsi, Yıldız Posta küçəsində baş verib.

Tıxacda gözləyən taksinin sürücüsü Doğan Erdoğan ilə Orhan Gencebayın oğlu Gökhan Gencebayın qız dostu Sedahan Özmen arasında yol vermək üstündə dava başlayıb.

Davanın böyüməsi nəticəsində Sedahan Özmenin sevgilisi Gökhan Gencebay onları sakitləşdirmək üçün araya girib.

Bu zaman taksi sürücüsü Erdoğan Gencebayı bıçaqla yaralayıb. Gencebay hadisə yerinə gələn təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Gencebayın sağlıq durumunun yaxşı olduğu və həyatı təhlükəsinin olmadığı bildirilib.

Taksi sürücüsü isə polis tərəfindən yaxalanaraq gözaltına alınıb.

Səidə Vahid

AzNews.az

image description