Qadın ona "sərbəst adam olduğunu, nə istəyirsə edə biləcəyini" söyləyib Qadın ona "sərbəst adam olduğunu, nə istəyirsə edə biləcəyini" söyləyib

Bakıda qardaşı arvadının telefonunda intim səs yazıları görən kişidən şok hərəkət - VİDEO

Qadın ona "sərbəst adam olduğunu, nə istəyirsə edə biləcəyini" söyləyib

Bakının Binə qəsəbəsində qardaşı arvadını əxlaqsızlıq etdiyi üçün öldürən Abdullayev Ələkbər qətli necə törətməsindən danışıb.

AzNews.az xəbər verir ki, görüntülər ARB telekanalında yayımlanan "Kriminal" verilişində təqdim edilib.

Ələkbərin sözlərinə görə, ölən qardaşının həyat yoldaşının telefonunda intim mesajlar və səs yazıları olub. Avqustun 8-də qardaşının evinə boylananda isə onu siqaret çəkdiyini görüb. Qadın ona "sərbəst adam olduğunu, nə istəyirsə edə biləcəyini" söyləyib. O isə bərk qəzəblənərək onu bıçaqlayıb.

Qətldən bir gün əvvəl Rübabəyə gələn seksual xarakterli səs yazılarını onun qızına dinlədib.

Məhkəmənin hökmü ilə Ə.Abdullayev 13 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il avqustun 8-də Bakının Xəzər rayonu Binə qəsəbəsində yaşayan, 1975-ci il təvəllüdlü Abdullayev Ələkbər Hafiz oğlu yaşadığı evdə qardaşının həyat yoldaşı, 1973-cü il təvəllüdlü Abdullayeva Rübabə Xudaşükür qızını qısqanclıq zəminində bıçaqlayıb.

Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Ə.Abdullayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham olunub.

Aynur

AzNews.az