Bir telefona görə anasını öldürən gənc məhkəmə qarşısında

İş üzrə baxış iclası iyulun 16-a təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində anasını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Eldar Müslümovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Hakim İlham Mahmudovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə baxış iclası iyulun 16-a təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin fevral ayının 18-də Bakının Nərimanov rayon ərazisində baş verib. 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı anası Müslümova Nailə Əzim qızını öldürüb.

O, ilkin ifadəsində anasının ona “smartfon” telefon almadığına görə öldürdüyü deyib. E.Müslümov ifadəsində bildirib ki, ailə-məişət münaqişəsi zamanı stulla anasının sinə nayihəsinə zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.

Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb.

Fevralın 19-u, 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib.

E.Müslümova Cinayət Məcəlləsinin 120.2.11 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.(report.az)

AzNews.az