Ool nəqliyyat hadisəsi törətmə maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb Ool nəqliyyat hadisəsi törətmə maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb

Avtobusun vurduğu piyada xəstəxanada öldü - 2 ay sonra

Ool nəqliyyat hadisəsi törətmə maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb

Sumqayıtda avtobusun vurduğu piyada xəstəxanada ölüb.

Mayın 5-də saat 19:10 radələrində Quliyev Mahir Rza oğlu idarə etdiyi “İsuzu” markalı 50-AE-851 dövlət qeydiyyat nişanlı avtobusla Sülh küçəsi ilə H. Əliyev prospekti istiqamətində küçədə gedən təmir işləri səbəbindən əks istiqamətdə hərəkətdə olarkən piyada İslamov Əflan Samid oğlunu ehtiyatsızlıqdan vurub.

Nəticədə piyadanın sağlamlığına az ağır zərər vuran bədən xəsarəti alması faktı əsasında Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin (CM) 263.1-ci( yol nəqliyyat hadisəsi törətmə) maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.

İslamov Əflan Samid oğlu xəstəxanaya yerləşdirilsə də, müalicə aldığı xəstəxanada iyulun 10-da ölməsi barədə daxil olmuş məlumat əsasında Ə. İslamovun meyitinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilərək müayinəsi aparılıb və Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törəmək, zərərçəkənin ölümü ilə nəticələndikdə) maddəsinə tövsif edilib.​ (APA)