- Qanundan kənarda
- 6 Sentyabr 2019 14:46
- 2 267
Bakıda banka saxta pul vermək istəyən şəxs tutuldu

Faktla bağlı araşdırma aparılır
Bakıda banka saxta pul vermək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumta görə, sentyabrın 5-də Yasamal rayonu ərazisindəki bankların birinə 200 avroluq saxta əsginas təqdim edən şəxs orada xidmət aparan Yasamal rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən saxlanılıb.
27-ci Polis Bölməsinə təhvil verilən həmin şəxsin Bakı şəhər sakini F.Muqbilov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az