Məhkum olunmuş E.Hüseynov müəyyən edilərək saxlanılıb Məhkum olunmuş E.Hüseynov müəyyən edilərək saxlanılıb

Bakıda qadının çantasından 2 min manat oğurlandı

Məhkum olunmuş E.Hüseynov müəyyən edilərək saxlanılıb

Bakıda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əliyeva avqustun 28-də çantasından içərisində 2000 manat və 2 ədəd bankomat kartı olan pulqabısının oğurlandığını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Hüseynov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az