Ermənistan vətəndaşından 1 kq qızıl götürüldü - Tbilisi aeroportunda

Faktla bağlı araşdırmalara başlanılıb

Tbilisi hava limanında Ermənistan vətəndaşından 1 kq-dan çox qızıl-zinət əşyası götürülüb.

Bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Bildirilib ki, qurumun əməkdaşları Ermənistan vətəndaşı A. Q-nın əl yükünə baxış keçirərkən dəyəri 153 916.26 lari (88 min 508.34 manat) olan 1 kq-dan çox qızıl-zinət əşyası aşkarlayıblar.