Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

İki gəncin davasında qan töküldü

Faktla bağlı araşdırma aparılır

Qaxda iki gənc arasında baş verən dava bıçaqlanma ilə bitib.

Hadisə axşam saatlarında Qax şəhəri ərazisində qeydə alınıb.

Qax şəhər sakini, 1996-cı il təvəllüdlü Orxan Tərlan oğlu Balacayev ilə rayonun Qaxingiloy kənd sakini, 1998-ci il təvəllüdlü Fuad Adil oğlu Mustafazadə arasında dava baş verib. Dava zamanı Orxan Balacayev Fuad Mustafazadəyə qapalı kəllə-beyin tarvması yetirib. Fuad Mustafazadə isə əlində olan kəsici alətlə Orxan Balacayevin sol bel nahiyəsinə xəsarət yetirib. Hər iki şəxs aldığı xəsarətlərlə Qax Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az