Gəncədə 17 yaşlı gənci qətlə yetirən şəxs saxlanıldı - YENİLƏNİB

Hadisəni törədən 17 yaşlı Elgün Məmmədovdur

Gəncə şəhərində 17 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb.

Hadisəni törədən17 yaşlı Elgün Məmmədovdur.

Qeyd edək ki, hadisə çayxanada törədilib. Məlumata görə, Əzim Verdiyevlə E.Məmmədovun qohumu arasında mübahisə yaranıb. Bu zaman E.Məmmədov da mübahisəyə qoşulub və bıçaqla Ə.Verdiyevi vurub.

00:03

Gəncə şəhərində qətl törədilib.

Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Əzim Elşad oğlu Verdiyev döş qəfəsindən bıçaqlanıb.

O, ağır halda xəstəxanaya aparılıb. Lakin həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, Ə.Verdiyevin həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hadisə mərhumun mübahisə etdiyi şəxsin qohumu tərəfindən törədilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırmalara başlanılıb. (Report)

AzNews.az