- Qanundan kənarda
- 8 Noyabr 2019 14:01
- 1 377
Azərbaycan vətəndaşı Rusiyada polisə silahlı hücum etdi
Cinayətkar polisə başı ilə güclü zərbə endirib
Rusiyanın Voloqda şəhərində azərbaycanlı onun sənədlərini yoxlayan polisə silahla hücum edib.
Polis Voloqda şəhərində yataqxanada qeydiyyatsız yaşayanların siyahısını nəzərdən keçirən zaman azərbaycanlı qaçmağa çalışıb.
Bu zaman polis onun qaçmasına mane olub.
Cinayətkar polisə başı ilə güclü zərbə endirib və bıçaq çıxararaq onu hədələyib.
Xəstəxanaya çatdırılan polisə kəllə-beyin travması diaqnozu qoyulub.
Azərbaycan vətəndaşını polisə güc tətbiq etmə səbəbindən uzunmüddətli həbs gözləyir. (oxu.az)
AzNews.az