Faktla bağlı cinayət işi başlanıb Faktla bağlı cinayət işi başlanıb

Ucarda 36 yaşlı kişi küçədə qətlə yetirildi

Faktla bağlı cinayət işi başlanıb

Ucar rayonunda qətl hadisəsi baş verib.

Hadisə rayonun 20 yanvar küçəsində qeydə alınıb.

Rayon sakini Səfərov Nazim Əbil oğlu həmyerlisi, 1983-cü il təvəllüdlü Cəbrayılov Abbas Malik oğlu ilə mübahisə edib.

Mübahisə davaya çevrilib və nəticədə N.Səfərov üzərində gəzdirdiyi bıçaqla A.Cəbrayılovu bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb və hadisəni törətməkdə şübhəli bilinən N.Səfərov saxlanılıb.

AzNews.az