Küçədə halı pisləşən uşaq xəstəxanaya aparılıb Küçədə halı pisləşən uşaq xəstəxanaya aparılıb

13 yaşlı uşağa zorla narkotik vasitə verən şəxs həbs edildi

Küçədə halı pisləşən uşaq xəstəxanaya aparılıb

Türkiyənin Ədirnə şəhərinin Keşan bölgəsində küçədə halı pisləşən uşağı xəstəxanaya aparıblar. Xəstəxanada müalicə zamanı uşağa məcburi narkotika verildiyi məlum olub.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, olay Keşanın Yenimescit məhəlləsində baş verib.

Əldə edilən məlumata görə, Kayalıdere küçəsində halı pisləşən bir uşaq təcili yardımla Keşan Dövlət Xəstəxanasına gətirilib.

Aparılan araşdırmalar zamanı 13 yaşlı S.G-ya “Şübhəli maddə qəbulu” diaqnozu qoyulub.

S.G polisə verdiyi ifadədə hadisə günü bir şəxs tərəfindən ona zorla narkotik vasitə verildiyini və bu səbəbdən halının pisləşdiyini bildirib.

Aparılan araşdırmalardan sonra azyaşlı uşağa zorla narkotik vasitə verən şəxs həbs edilib.

Səidə Vahid

AzNews.az