Faktla bağlı araşdırma aparılır Faktla bağlı araşdırma aparılır

Bakıda evdən 50 min manatlıq oğurluq edilib

Faktla bağlı araşdırma aparılır

Bakıda mənzildən 50 min manatlıq oğurluq edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-dən iyunun 10-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 50000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri D.Borisov və R.Vəliyev saxlanılıb.