Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən Nərmin Quliyevanın ölümü ətrafında söz-söhbət bitmir Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən Nərmin Quliyevanın ölümü ətrafında söz-söhbət bitmir

"Nərmin 4 aylıq hamilə olub, qətli buna görə törədiblər" - VİDEO

Tovuzun Dondar Quşçu kəndində qətlə yetirilən Nərmin Quliyevanın ölümü ətrafında söz-söhbət bitmir

10 yaşlı qızı qətlə yetirməkdə ittiham olunan və hazırda həbsdə olan İlkin Süleymanovun ailə üzvləri mətbuata sensassion müsahibə verib.

İlkinin əmisi iddia edib ki, qətlə yetirilən Nərmin Quliyeva 4 aylıq hamilə olub. Qətl də məhz bu hamiləliyi gizlətmək üçün törədilib. O, iddia edib ki, qətli İlkin yox, tamamilə başqa şəxslər törədib.

İlkin Süleymanzadənin ailə üzvləri iddia edib ki, qız qətlə yetirilən zaman ərazidə kibrit dənələri və meyitdə əl izləri olub. Amma həmin dəlillər sonradan itirilib.

Daha sonra iddia olunub ki, tapılan meyit Nərminə aid olmayıb.

"Tapılan meyitin saçlarında bir neçə rəng var idi. Bu sual doğurur. Nərminin saçında bir neçə rəng olmayıb. Biz tələb edirik ki, meyit qəbirdən çıxarılsın və təkrar ekspertiziya olsun". (oxu24)

AzNews.az