Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib

Nardaranda dənizdə batan şəxsin meyiti tapıldı

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsində, dənizdə (nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə AzNews.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1989-cu il təvəllüdlü Baloğlanov Zaur Faiq oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.