Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib

Xəzərdə zəlzələ olub

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib

Avqustun 9-da Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AzNews.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 00:43-də qeydə alınıb.

Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.