Narkotik bitkilər becərən Kürdəmir sakini saxlanılıb

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır

Kürdəmir rayon sakinindən küllü miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.

AzNews.az xəbər verir ki, rayon ərazisində narkotik bitkiləri becərən və satışı ilə məşğul olan şəxs barədə Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) əməliyyat məlumatı daxil olub.

Kürdəmir RPŞ-də dərhal əməliyyat qrupu yaradılıb və keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sığırlı kənd sakini Musayev Yasəf Bəxtiyar oğlu şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış keçrilib və orada yerləşən yarımtikilidə otaqların birində 10 ədəd, digərində isə 13 ədəd ümumi çəkisi 2,5 kiloqram narkotik vasitə olan çətənə kolu aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı Y.Musayev etdiyi əməldən peşman olduğunu bildirib.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

image description image description