Daxili İşlər Nazirliyi məlumat yayıb Daxili İşlər Nazirliyi məlumat yayıb

Ötən gün yaşayış yerini tərk edən 16 nəfər koronavirus xəstəsi saxlanılıb

Daxili İşlər Nazirliyi məlumat yayıb

Respublikanın daxili işlər orqanları əməkdaşları tərəfindən dekabrın 7-də 16 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AzNews.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onlardan 13 nəfəri evlərinə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Həmin şəxslərdən 13-ü barəsində müvafiq polis rayon idarə şöbələrində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.