Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb

Sərxoş sürücü ər-arvadı vurdu, biri öldü

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb

Şabran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 30-da saat 21 radələrində Şabran şəhərində şəhər sakini N.Şeydayev sərxoş vəziyyətdə idarə etdiyi “KAvZ” markalı avtobusla yolun kənarı ilə hərəkət edən həmyerliləri Q.Rzayevanı və əri E.Mürsəlovu vurub.

Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb, həyat yoldaşına isə xəstəxanada ilkin tibbi yardım göstərilib. Şabran RPŞ tərəfindən araşdırma aparılır.