Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır

Dünən vurulan 3 piyada ölüb

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır

Dünən yol qəzalarında üç piyada vurularaq öldürülüb.

AzNews.az DİN-ə istinadən xəbər verir ki, dekabrın 30-da saat 21 radələrində Bərdə şəhəri ərazisində yolu keçən şəhər sakini M.Cavadov müəyyən edilməmiş avtomobillə vurulub və aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Yol nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü A.Ağayev tərəfindən törədilməsi müəyyən edilib. Bərdə RPŞ tərəfindən araşdırma aparılır.

Dekabrın 30-da saat 9 radələrində Sumqayıt şəhərində şəhər sakini S.Yusifov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən vətəndaş A.Yusifovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Dekabrın 30-da saat 19 radələrində Ağcabədi rayonunun Hindarx qəsəbəsi ərazisində İmamqulubəyli kənd sakini B.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən qəsəbə sakini X.Kərimovanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb. Ağcabədi RPŞ tərəfindən araşdırma aparılır.