Yaşadığı evdən 2 kiloqramdan artıq heroin aşkarlanıb Yaşadığı evdən 2 kiloqramdan artıq heroin aşkarlanıb

Səbail rayonunda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb VİDEO

Yaşadığı evdən 2 kiloqramdan artıq heroin aşkarlanıb

Səbail Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə və 9-cu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəlcə vətəndaş Nurlan Kişiyev metronun “İçərişəhər” stansiyasının yaxınlığında saxlanılıb. Onun üzərindən iki bükülüdə heroin və metamfetamin aşkar edilib. N.Kişiyev ifadəsində narkotik vasitələri Nicat adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib.

Narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyev də keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində tutulub. Onun üzərindən və yaşadığı evdən 2 kiloqramdan artıq heroin aşkar olunub. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədilə əldə etdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və onlar tutularaq istintaqa cəlb olunublar.

Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

AzNews.az