Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb

Bakıda qayınatasını öldürən şəxsin məhkəməsi başlayır

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanıb

Bakıda qayınatası Xalıq Bağırovu öldürən Ayxan Hüseynəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

AzNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilən iş hakim Mahmud Ağalarovun icraatındadır.

Qeyd edək ki, hadisə ötən il avqust ayında baş verib. Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Xalıq Bağırovun bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyevtərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirilməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

A.Hüseynəliyev tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə cinayət ittiham verilib.