Faktla bağlı araşdırmalar aparılır Faktla bağlı araşdırmalar aparılır

Gəncə sakini bacısının ərini və qaynını bıçaqlayıb

Faktla bağlı araşdırmalar aparılır

Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AzNews.az-a verilən məlumata görə, martın 25-də axşam saatlarında Gəncə şəhər sakinləri 28 yaşlı Osman Dadaşov və qardaşı, 30 yaşlı Salman Dadaşovun bıçaq yaraları ilə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub.

İlkin araşdırma zamanı məlum olub ki, 1994-ci il təvəllüdlü Gəncə şəhər sakini Nicat Qurbanov ailə münaqişəsi zamanı, bacısının həyat yoldaşı Osman Dadaşovu və sonuncunun qardaşı Salman Dadaşovu bıçaqla qəsdən vuraraq döş qəfəslərinin daxilinə keçən kəsilmiş-deşilmiş yaraları xəsarəti yetirib.

RPİ-nin əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində N.Qurbanov saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.