DİN məlumat yayıb DİN məlumat yayıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər tutulub

DİN məlumat yayıb

Daxili İşlər Nazirliyi ötən gün daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilən 38 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Respublikanın avtromobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib nəticədə 3 nəfər ölüb.