Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib

Hazırda istintaq aparılır

Mayın 9-da saat 07 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay rayon prokurorluğundan verilən xəbərə görə, istintaqla müəyyən edilibki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 06 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.